Satış və çatdırılma şərtləri.
Sifariş verməzdən əvvəl qısa və aydın qaydalar.
1. Satıcı
- Satıcı: AiNVAS
- Ünvan: Bakı şəh.
- Telefon: 0707685363
- E-poçt: raufalizada96@gmail.com
- WhatsApp: +0707685363
- İş saatları: 10:00-18:00
2. Sifariş və ödəniş
- Sifariş saytda və ya WhatsApp-da qeydə alınır. Son qiymət təsdiq mesajında bildirilir.
- Qiymətlər AZN ilə göstərilir və ölçü, çərçivə, variant və rəngə görə hesablanır.
- Ödəniş təfərrüatları sifarişin təsdiqi zamanı göndərilir. Ödəniş alınmayınca istehsala başlanmır.
3. İstehsal müddəti
Hər məhsul sifarişə görə çap olunur. İstehsal ödənişdən sonra təxminən 5 iş günü çəkir. Yoğunluq dövrlərində bu müddət uzana bilər, bu barədə əvvəlcədən xəbər veririk.
4. Çatdırılma
Bakı daxili çatdırılma: sifariş təsdiqləndikdən sonra, istehsal başa çatan kimi kuryerlə.
Bölgələrə çatdırılma poçt/kuryer xidməti ilə həyata keçirilir, qiymət və müddət sifariş zamanı dəqiqləşdirilir.
5. Şəkil keyfiyyəti
Çap keyfiyyəti yüklənmiş və ya yaradılmış şəklin ölçüsündən asılıdır. Keyfiyyət çap üçün kifayət etmirsə, sifarişi təsdiqləməzdən əvvəl sənə xəbər veririk.
6. Şəxsi dizaynlar
Yüklədiyin şəkilin sənə aid olduğunu və ya istifadə hüququnun olduğunu təsdiq edirsən. Başqasının müəllif hüququnu və ya ticarət nişanını pozan dizaynlar çap olunmur.
7. Geri qaytarma
Ətraflı: Geri qaytarma və dəyişdirmə.